“Azər-Turk Bank” ASC-nin 3 əməkdaşı bankdan ayrılıb.
Bu barədə Bankın işdən ayrılan Strateji planlaşdırma və marketinq Departamentinin rəhbəri Leyla Məmmədova Facebook səhifəsində məlumat verib.
Bundan əlavə, Bankın strateji planlaşdırma üzrə aparıcı mütəxəssisi Aslan Həsənli və marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mahir Eyvazov da işindən ayrılıb.
"Azer Turk Bank"ı tərk etdik. Bu gündən etibarən mən, Mahir Huseyn və Aslan Y. Hasanli bir komanda olaraq yeni startup şirkətdə işə başlayırıq",- Leyla Məmmədova yazıb.