Azərbaycanda plastik kartların sahiblərinin ən çox istifadə etdiyi xidmətlərdən biri ATM vasitəsilə nağdlaşdırma əməliyyatıdır. Hamıya məlumdur ki, bir bankın müştərisi digər bankın ATM-dən istifadə etdiyi zaman komissiya ödəməli olur.
Azər Türk Bank öz müştərilərinə bəyan edir ki, 07 fevral 2017-ci il tarixdən etibarən əmək haqqı kartları ilə Azərbaycan Respublikası daxilində istənilən bankın bankomatından əmək haqqını çəkdiyiniz zaman heç bir komissiya tutulmayacaq.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.