İyunun 19-da, saat 11:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Ernest & Young” şirkətinin “Azər-Türk Bank”ın 2016-cı il üzrə fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi, Bankın mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi, İdarə Heyətinə (İH) sədr təyin olunması, Müşahidə Şurasının (MŞ), İH-nin Audit Komitəsinin Əsasnaməsinə dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.