Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0168 hektar torpaq sahəsində yerləşən 94 c nömrəli qeyri-yaşayış binası ötən gün ilkin satış qiyməti 1 milyon 10,19 min manat olmaqla açıq hərraca çıxarılıb.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.
Fondun "Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları"na və digər normativ hüquqi aktlara uyğun olaraq, hərracın davam etdirilməsinə qərar verilib.