“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir.
Aksiyanın şərtlərinə əsasən, “AtaBank”ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.
500 - 1000 AZN/EUR/USD köçürmə və ya ödəmə üçün - 1 manat
1001 - 2000 AZN/EUR/USD köçürmə və ya ödəmə üçün - 2 manat
2001 - 5000 AZN/EUR/USD köçürmə və ya ödəmə üçün – 3 manat
5001 AZN/EUR/USD artıq məbləğdə köçürmə və ya ödəmə üçün - 5 manat
Hazırda bankımız öz müştərilərinə 6 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Zolotaya Korona, Blizko, Xəzri, Contact və Lider sürətli pul köçürmə sistemləridir.