“Amrahbank” ASC istənilən məbləğdə xarici valyutanın nağd və qeyri-nağd alışını və satışını həyata keçirir.
“Amrahbank”dan bildirilib ki, hal-hazırda bankda müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq istənilən məbləğdə xarici valyutaların alış-satışını nağd və qeyri-nağd şəkildə həyata keçirmək mümkündür.
Ümumiyyətlə müştərilərinə əlverişli tariflər və şərtlər təklif edən “Amrahbank”da valyuta mübadilə xidmətlərinin aşağıdakı növləri təklif edilir:
-cari alqı-satqı kurs üzrə xarici valyutanın alınması və satılması;
-cari alqı-satqı kurs üzrə bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi.