“Amrahbank” ASC 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb. Göstəricilərə əsasən, bank cari ilin birinci rübünün sonunda 1 450 292 manat zərər əldə edib.
Cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 4.6 milyon manat, faiz xərcləri isə 2.6 milyon manat təşkil edib.
Qeyd edək ki, bank ötən ilin yekununda 8,4 milyon manat zərər əldə edib.
Bankın digər hesabat göstəriciləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
Göstəricilər | 2017-ci ilin birinci rübü (mln. manat) | 2016-cı ilin yekunu(mln. manat) | Fərq |
Aktivlər | 240.3 | 256.2 | -6.2% |
Depozit portfeli | 125.6 | 141.3 | -11% |
Kredit portfeli | 129.4 | 138.5 | -7% |