«PSG Kapital» İnvestisiya şirkəti nizamnamə kapitalını artırır. Şirkətdən verilən məlumata görə, artım nəticəsində şirkətin nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək. Bununla da «PSG Kapital» QSC nizamnamə kapitalı ən yüksək olan şirkətə çevriləcək.
Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək. Bu addım çərçivəsində nominal qiyməti 1 manat olan əlavə 1 milyon səhm buraxılması nəzərdə tutulur.
Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb. Səhm buraxılışı və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.
«PSG Kapital» nizamnamə kapitalını ikiqat artırır
15:00
2 Mart 2018