Kredobank Gəncədəki yaşayış mənzilini 125 min manata satışa çıxarıb. FED.az xəbər verir ki, şəhərin mərkəzindəki bu əmlakın ilkin satış qiymətinin 5 % məbləğində, yəni 6 min 258 manat beh tələb edilir.
Bank bundan başqa, Bakı şəhərindəki əmlakını da satışa çıxarıb.
Qeyd edək ki, bank hazırda ləğvetmə prosesindədir. Banka məxsus əmlakların hərracı isə Bakı şəh, İ.Hidayətzadə küç, 156 (20A) 1933-cü məh, ünvanında 03.04.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.
Bankın əmlakı |
Qeydiyyat |
Ünvan |
İlkin satış qiyməti |
Beh |
1)Mənzil(Yaşayış) |
150701496 |
Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 9 mənzil 1. (88,9 kv.m ümumi sahə, yerləşdiyi mərtəbə 1, təmirolunma vəziyyəti orta təmirli). |
125.150 AZN |
ilkin satış qiymətinin 5 % (6.258 AZN) |
2)Qeyri-yaşayış |
110666810 |
Yasamal rayonu, Hüseyn Cavid prospekti,6a saylı qeyri yaşayış sahəsi. |
212.627 AZN |
ilkin satış qiymətinin 5 % (10.631 AZN) |