Bu ilin ilk yarısında «Unibank» öz kredit portfelini təqribən 50 milyon manat artırıb.
FED.az xəbər verir ki, bu barədə bankın 2018-ci ilin 2-ci rübü üzrə hesabatında bildiriir. Banın göstəricilərinə əsasən, ötən ilin sonunda kredit portfeli 280 milyon 086 min manat olduğu halda, hazırda bu məbləğ 331 milyon 650 min manat və ya 18,4% artıqdır.
Yeri gəlmişkən, ötən ilin eyni dövründə bankın kredit portfeli daha yüksək idi - 387 milyon 354 min manat və həmin dövrlə müqayisədə kredit portfelində 14,4% azalma olub.
Kredit portfeli ilə bağlı məlumatlardan aydın olur ki, «Unibank»ın kreditlərinin böyük hissəsi – 71%-i Bakı şəhərinin payına düşür. Kreditlərin 12%-i Gəncə, Mingəçevir, Şəki, Şəmkir şəhərlərinin payına dühür. Kənd təsərrüfatı üzrə ixtisaslaşan İmişli, Bərdə, Ağcabədi rayonlarına isə ümumi kredit portfelinin 2%-i düşür. Kreitlərin 8%i digər rayonlarda verilib.
Kredit portfelinin iqtisadiyyatın sahələri üzrə strukturunda isə əas yeri istehlak kreditləri tutur. Unibank tərəfindən iqtisadiyyatın sahələri üzrə ən çox kreditlər fiziki şəxslərə verilib və bu göstərici ümumi məbləğin 66 % təşkil edib.
Ticarət və xidmət üzrə verilən kreditlər 22%, kənd təsərrüfatının buradakı payı 6% olub. Ən az kredit tikinti sahəsinə verilən kreditlər olub və bu göstərici 3% təşkil edib.
Kreditlərinin 70%-i Bakıda verilib – UNİBANKIN PORTFELİ
11:54
18 İyul 2018