“Bank of Baku” 2018-ci ili 3-cü rübü üçün maliyyə nəticələrini açıqlayıb. Bankın kredit portfeli keçən rübə nəzərən 1,59% artaraq 312 mln 166 min manata yüksəlib.
FED.az “Bank of Baku”un rəsmi internet səhfəsinə yerləşdirdiyi hesabatlara əsasən bildirir ki, bank tərəfindən 50-dən çox rayona 312 mln 166 min manat kredit verilib.
Bank tərəfindən ən çox kredir verilən 10 rayon bunlardır:
- Bakı şəhəri ( 217 mln 34 min manat), Sumqayıt şəhəri ( 23 mln 849 min manat), Abşeron (11 mln 883 min manat), Gəncə şəhəri ( 11 mln 590 min manat), Lənkəran ( 10 mln 382 min manat), Şəki ( 9 mln 983 min manat), Şirvan şəhəri ( 8 mln 269 min manat), Xaçmaz ( 7mln 821 min manat), Salyan ( 2 mln 139 min manat), Qəbələ (1 mln 245 min manat) .
Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsünə gəldikdə isə 312 mln 166 min manatın 72,97%-i və ya 227 mln 776 min manatı fiziki şəxslərə verilib.
Qalan məbləğin bölgüsünə gəldikdə isə:
-71 mln 176 manatı ticarət və xidmət sahəsinə,
-10 mln 704 min manatı kənd təsərrüfatına ,
-2 mln 510 manatı da sənayenin digər sahələrinə verilib.
FED.az xəbər verir ki, “Bank of Baku”un kredit portfeli 2018-ci ilin ilk 9 ayında 312 mln 166 min manat olub ki, bu məbləğində 136 mln 557 min manatı və ya 44%-i vaxtı keçmiş kreditlərin payına düşür. Xatırladaq ki, ötə rüb problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 46% olub.
Regionlar üzrə vaxtı keçmiş kredit məbləği 136 mln 557 min manatdır.
Belə ki, problemli kreditlərin məbləği ən çox olan 10 rayon bunlardır:
- Bakı şəhəri ( 83 mln 240 min manat), Sumqayıt şəhəri (12 mln 43min manat), Lənkəran ( 7 mln 591 min manat), Gəncə şəhəri ( 7 mln 107 min manat) ,Abşeron ( 6 mln 564 min manat), Şəki ( 6 mln 544 min manat), Xaçmaz ( 4 mln 764 min manat), Şirvan şəhəri ( 3 mln 516 min manat), Astara (677 min manat) və Şəmkir ( 499 min manat).
Vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsünə gəldikdə isə ən çox problemli kreditlər 99 mln 555 min manat olan fiziki şəxslərə verilən kreditlərdir.
Digər sahələrdə problemli kreditlərin məbləği:
-Ticarət və xidmət sahəsində problemli kreditlərin məbləği 34 mln 194 min manat,
-Kənd təsərrüfatında 2 mln 515 min manat,
-Sənayenin digər sahələrində isə 294 min manat təşkil edir.