Azərbaycanın istehlak kreditləri bazarında ən aktiv banklardan biri sayılan «Bank of Baku»nun ən çox krediti hansı sahəyə verdiyi məlum olub. FED.az xəbər verir ki, ilin ilk yarısının yekunlarına görə, «Bank of Baku»nun ümumi kredit portfeli 277 mln 968 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,95% azdır. Eləcə də bax:“Bank of Baku”nun vəziyyəti məlum oldu - HESABAT Bankın heabatına görə, ən çox kredit fiziki şəxslərə verilib, bu da təəccüblü deyil – «Bank Of Baku» ənənəvi olaraq istehlak kreditləri üzrə ixtisaslaşıb. Belə ki, verilən kreditin məbləği 199 mln 852 min manat təşkil edib. Bu göstərici ötən ilin birinci yarısı ilə müqayisədə 12.25% azdır. Bankın ikinci ən çox kredit ayırdığı sahə ticarət və xidmət sahəsidir. Adı çəkilən sahəyə bank 65 mln 615 min dollar krediti ayırıb ki, bu da 2018-ci ilin birinci yarısı ilə müqayisədə 7.81% azdır. Bankın problemli kreditlərinə gəlincə hazırda kredit portfelinin təqribən 3-də biri problemlidir. Müştərilərə verilən kreditin 91 mln 778 min manatı vaxtı keçmiş kreditlərdir – 33%. Ən çox problemli hissə istehlak kreditlərindədir. Belə ki, fiziki şəxslərə verilən 199 mln 852 min manatlıq kreditin 63 mln 357 min manatı vaxtı keçmiş kreditlərdir. İstehlak krpditlərində problemli hissə 31,7% təşkl edir. Ticarət və xidmət sektoruna verilən kreditlərin 23,8 milyon manatı və ya 36,2%-i prrblemlidir. |
Kreditlərinin 3-də birinin vaxtı keçib – BANK HESABATI
10:25
19 İyul 2019