Bu gün, aprelin 22-də prezident İlham Əliyevin fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların verilməsinə başlanıb. FED.az xəbər verir ki, bu proses bank müştərilərinin banklara və əlaqədar qurumlara böyük axını ilə müşayiət olunub.
Müştərilər, bank şöbə və filiallarına, komensasiyaların verilməsində iştira edən «Azərpoçt» Dövlət müəssisəsinin xidmət mərkəzlərinə axışıblar. Saat 10-dan başlayan proses ərzində artıq minlərlə müştəri kompensasiyasını alıb.
Ənənəvi olaraq qapalılığı ilə seçilən bank sektoru bu prosesdə şəffaflıq nümaüiş etdirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaxından iştirakı və dəstəyi ilə proses maksimum geniş işıqlandırılıb.
Çoxsaylı bank filial və şöbələrində kompensasiyaların verilməsi prosesini mətbuat da canlı olaraq izləyib. Televiziya və elektron mətbuat vasitələri prosesdən canlı yayımlar ediblər. İndiyədək bank sektorundan bu sayda canlı yayım müşahidə edilməyib.
FED.az biznes və maliyyə xəbərləri portalı da bank və maliyyə sektoru üçün bu mühüm prosesi yaxından işıqlandırıb. Banklardan kompensasiya ödənişi ilə bağlı fotoları təqdim edirik:
"AccessBank" ilk kompensasiya alan müştəriləri region təmsilçiləri olub
Bank VTB - Azərbaycanda kompensasiya almış ilk müştəri
"Bank of Baku" dan kompensasiya alan ilk müştəri
Unibank-da kompensasiya alan ilk müştəri
"Rabitəbank"da kompensasiya alan ilk müştəri