“AccessBank”dan biznes müştərilərinə dəstək!
Eləcə də bax: "Expressbank"ın Sədri bankın gələcək planlarını açıqladı - MÜSAHİBƏ
FED.az xəbər verir ki, “AccessBank”,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma əldə edib.
Razılaşmaya əsasən, “AccessBank”ın biznes fəaliyyəti ilə məşğul olan və pandemiya səbəbindən biznes kreditlərini ödəməkdə çətinlik çəkən cari müştəriləri bir çox güzəştlərdən yararlana biləcəklər. Belə ki, Bankın 10 mart 2020-ci il tarixinədək kredit ödəməsində 60 gündən çox gecikməsi olmayan cari müştəriləri bununla bağlı olaraq, Banka müraciət edə bilərlər. Bu zaman müştərinin sənədləri dövlət tərəfindən güzəşt əldə olunması üçün toplanaraq SİF-na təqdim olunur. Müraciət təsdiqləndiyi halda, müştərinin kreditinin 1 illik faizinin 10%-i 2020-ci ilin mart ayından etibarən dövlət tərəfindən ödəniləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.