Bankdan kredit götürmək üçün müraciət edirsiniz, rəsmi iş yeriniz və sabit əmək haqqınız var, lakin imtina cavabı verilir.
FED.az xəbər verir ki, buna əsas səbəb bəzən vətəndaşın əvvəlki kredit tarixçəsində gecikmələrin olması ilə bankların qara siyahısına daxil edilməsidir.
Bəs bu qara siyahı nədir və həmin siyahıdan necə çıxmaq olar?
Bank eksperti Vamiq Şükürovun sözlərinə görə artıq “qara siyahı” deyilən məlumat bazasında proses fərqli şəkildə icra olunur (AzərTac).