«Günaybank»ın vaxtı keçmiş kreditləri ümumi kredit portfelinin 3-dən birini təşkil edir.
FED.az bankın 2019-cu ilin yarım illik maliyyə hesabatına istinadən xəbər verir ki, bankın müştərilərinə ayırdığı 158 mln 189 min manat kredit portfelinin 51 mln 936 min manatı vaxtı keçmiş kreditlərdir ki, bu da ümumi kredit portfelinin 32,83%-ni təşkil edir.
Bankın kredit portfelinin böyük hissəsi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilib – bu kreditlər 114 771,8 min manat və ya bankın bütün kredit portfelinin 72,6%-ni təşkil edib. Vaxtı keçmiş kreditlərin əsas məbləğini də elə sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilmiş kreditlər təşkil edib.
Bankın sahibkarlıqla məşğul olan fiziki şəxslərə verdiyi 114 mln 771 min manatlıq kreditin 50 mln 340 min manatının və ya 44%-i vaxtı keçmiş kreditlərdir.
Kreditlər isə əsasən tikinti sahəsində çalışan sahibkarlara verilib. Belə ki, fiziki şəxlərə verilən 114 mln 771 min manatın 113 mln 163 min manatı tikinti sektorunda fəaliyyət göstərən sahibkarlara verilib.
Bu sahəyə verilən ümumi kreditin demək olar ki, yarısı, 50 mln 270 min manatının vaxtı keçmiş kreditlərdir.
Bankın digər sahələr verdiyi kreditlər arasında, vaxtı keçmiş kreditlər, ticarət müəssisələrinə verilən kreditlər, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə verilən kreditlərin payıan düşüb.