Cari ilin əvvəlində Azərbaycan banklarının əksəriyyətinin kredit portfelində artım baş verib.
FED.az RENKİNQ xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə ölkədə fəaliyyət göstərən 25 bankdan 20-də kreditlərin artımı, 5 bankda isə azalması müşahidə olunub.
Kreditlərin faiz ifadəsində ən sürətli artımı «Yapı Kredi Bank Azərbaycan»da qeydə alınıb. 1-ci rüb ərzində türk bankının kredit portfeli 34,5% və ya 60,3 milyon manat artıb. Artım dinamikasına görə, «Azər Türk Bank» 2-ci olub – 14,2% və ya 45,8 milyon manat. «Accessbank»ın kreditləri 7,9% və ya 64,4 milyon manat, «Unibank»ın kredit portfeli isə 51 milyon manat və ya 5,7% artıb.
Kreditlərin məbləğ ifadəsində ən sürətli artımı Azərbaycan Beynəlxalq Bankı (ABB), «Kapital Bank», «Accesbank» və «Yapı Kredi Bank Azərbaycan»da baş verib.
1-ci rüb ərzində ABB-nin kredit portfeli 64,3 milyon manat, «Kapitalbank»da 67,2 milyon manat, «Accessbank»da isə 64,4 milyon manat artıb.
Bank BTB-nin kredit portfelində isə 15 milyon manat və yə5,7% azalma müşahidəedilib.
Kreditlərin faiz ifadəsində ən çox azalması İran Milli Bankının Bakı filialında baş verib – 1 milyon manat və ya 10,8% azalma.