Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil etmiş, onun 12824,5 milyon manatı uzunmüddətli kreditlər olmuşdur.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata görə, kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7605,8 milyon manat təşkil etmişdir.
Kredit portfeli 3,2 faiz azalıb

10:08
24 Yan 2017