Mərkəzi Bankın ilkin məlumatlarına görə, 2017-cı il yanvar ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16444,6 milyon manat təşkil etmiş, onun 12966,6 milyon manatı uzunmüddətli kreditlər olmuşdur.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, kredit portfeli 2016-cı il yanvar ayının 1-i ilə müqayisədə 24,3 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,0 faizini təşkil etmişdir.
Kredit portfeli 24,3% azalıb

16:48
17 Fev 2017