Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanan banklardan əhalinin əməkhaqqı ala bilməməsinə münasibət bildirib.
Eləcə də bax: 16 minə yaxın şəxs dollar kreditləri ilə bağlı kompensasiya - ALA BİLMƏYİB
FED.az xəbər verir ki, E.Rüstəmov qeyd edib ki, bu bankların böyük həcmdə aktivləri var:
"Bunlar Əmanətlərin Sığortalanması Fonduna keçirilir. Bundan sonra biznesin pulları müəyyən həcmdə qaytarılacaq. Bu banklarla çalışan biznes sahiblərinin də bank rəhbərlərinə sualları olmalı idi. Nəyə görə bu situasiya bu qədər davam etdirilib? Bundan sonrakı işləri artıq ləğvedici görəcək".
E. Rüstəmov pandemiya dövründə kredit ödənişlərində tətbiq edilən güzəştlərdən danışıb. O qeyd edib ki, banklar tövsiyələrdən də kənara çıxıb daha geniş çərçivədə hərəkət edirlər: "Bu gün bizə 15 imtina halı ilə bağlı müraciət daxil olub. Biz onları ciddi araşdırırıq. Kim belə halla rastlaşırsa bizimlə əlaqə saxlasın".
E. Rüstəmov həmçinin bildirib ki, bağlanmış banklarda əvvəlcədən düşünülmüş şəkildə aktivlərin çıxarılması ilə bağlı onlarda məlumat yoxdur.