"Kredit götürərkən vətəndaşların ən çox diqqət yetirməli olduqları məqam kreditin faiz dərəcəsidir".
Onlayn kredit dələduzluğu: Hər təklifə aldanmayın! - VİDEO
FED.az xəbər verir ki, bu barədə iqtisadçı Xalid Kərimli məlumat verib.
Onun sözlərinə görə, kredit müqaviləsində həm nominal, həm də effektiv faiz dərəcəsi açıq şəkildə göstərilməlidir:
"Vətəndaş müqavilədə kreditin effektiv faiz dərəcəsini görməlidir. Ola bilər ki, bank kreditin nominal faizini aşağı göstərsin, lakin komissiyalar yüksək olsun və ya bank olmayan kredit təşkilatları bu fəndlərdən istifadə etsin", - deyə iqtisadçı bildirib.
Xalid Kərimli əlavə edib ki, Mərkəzi Bankın tələbinə əsasən, təqdim olunan müqavilələrdə effektiv faiz dərəcəsi mütləq qeyd olunmalıdır ki, vətəndaş ümumi öhdəliklərini tam şəkildə dərk edə bilsin:
"Vətəndaş həmçinin gecikmə və cərimə faizləri barədə də məlumatlı olmalıdır. Əgər hər hansı səbəbdən ödəniş gecikərsə, nominal faizlə yanaşı, əlavə cərimə faizləri də tətbiq oluna bilər", - deyə o vurğulayıb.