“Kredit Evi” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişir. FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkət bundan sonra Qapalı Səhmdar Cəmiyyəti formasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Kredit Evi” əsas fəaliyyət növü zinət əşyaları, smartfon, planşet, kompüter, avtomobil girovu ilə kreditləşmə və avtomobil lizinqini həyata keçirməkdir. Hal-hazırda “Kredit Evi”nin 16 filialı fəaliyyət göstərir.
“Kredit Evi” qapalı səhmdar cəmiyyətə çevrilir
10:23
22 May 2019