Artıq bir çox bank kredit verilişini aktivləşdirib. Lakin ötən illərlə müqayisədə banklar kredit verərkən daha həssas davranmağa başlayıblar. Belə ki, bankların müştərilər qarşısında qoyduqları tələblər bəzən həddindən artıq çox hesab edilə bilər. Amma bankları da bu məsələdə qınamaq olmaz. Çünki məlum iqtisadi vəziyyətdə hər kəs özünü sığortalamağa məcburdur. Gələk, kreditlərin verilmə qaydalarına.
Əgər siz bankdan kredit (istehlak krediti) almaq fikrinə düşmüşünüzsə, lakin rəsmi iş yeriniz yoxdursa, yaxşı olardı ki, təcili bu fikirdən daşınasınız. Banklar ilk növbədə sizdən iş yerinizi soruşacaqdır. İş yeriniz varsa və iş yerindən arayış gətirmə imkanınız yoxdursa, bu dəfə də siz kredit barəsində düşünməsəniz çox yaxşı olar. Üçüncüsü sizin son iş yerindən gətirəcəyiniz arayış son 6 ayı (bəzi banklarda son 1 il) əks etdirmirsə, gözləyin 6 ay tamam olsun sonra müraciət edin.
Əgər iş yeri və iş yerindən arayış məsələsini həll edə bildinizsə, ikinci mərhələyə keçmiş hesab olunursunuz - ÖHDƏLİKLƏR.
Bank sizin bütün öhdəliklərinizə nəzər salacaqdır: Yaşam xərci, əlavə kreditlər(varsa), kredit tarixçəniz və s.
Əgər siz bu mərhələdən keçəcəyinizə əminsinizsə, bir digər məsələ haqqında məlumat vermək istərdik - ƏMƏK HAQQI.
Bəli, düzgün oxudunuz. Sizin aldığınız rəsmi (sənəd üzərində) əmək haqqı sizə kreditin verilməsi prosesində olduqca böyük rol oynayır. Bəzi banklar əmək haqqı üçün minimal tələb olaraq respublikanın yaşayış minimumundan - 173 AZN aşağı əmək haqqı qəbul etməyəcəklər. Qeyd edək ki, bəzi banklar hələ də, 2017-ci ilin yaşayış minimumunu (155 AZN) minimal əmək haqqı olaraq qəbul edir.
Banco.az ölkəmizdə nağd pul krediti verən bankların əmək haqqı üçün qoyduqları limitləri bir yerə topladı. Əgər sizin əmək haqqınız bankların qoyduqları minimal tələbi ödəyirsə o zaman kredit müraciətinizin cavabsız qalmaması daha böyük bir ehtimal olacaqdır. Hələ bunun zamin məsələsi də var ki, götürəcəyiniz məbləğdən asılı olaraq sizdən 1 və ya 2 zamin tələb oluna bilər.
Bəzi banklar Kapital Bank, Beynəlxalq Bank, sadəcə əmək haqqını onlardan alan müştərilərinə verir. Bu zaman əmək haqqına qoyulan minimal tələb digər banklardan daha az təşkil edir.
Kredit üçün faiz dərəcələri isə sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.
Bank |
Məbləğ(AZN) |
Faiz |
Əmək haqqı üçün minimal tələb (məbləğ) |
AccessBank |
500-10.000 |
29% |
200 AZN |
AFB Bank |
500-10.000 |
30% |
300 AZN |
Azər Türk Bank |
maks. 15.000 |
26-29% |
200 AZN |
Bank Avrasiya |
500-5.000 |
25% |
300 AZN |
Bank BTB |
300-5.000 |
29-31% |
173 AZN |
Bank of Baku |
300-10.000 |
26-32% |
205 AZN |
Bank Respublika |
500-10.000 |
min. 26% |
yoxdur |
Beynəlxalq Bank1 |
100-15.000 |
25-29% |
150 AZN |
Expressbank |
300-15.000 |
27-28% |
155 AZN |
Kapital Bank2 |
300-20.000 |
29,84% |
70 AZN |
NBC Bank |
10.000 |
29-32% |
155-160 AZN |
Nikoil Bank |
500-30.000 |
26-29% |
173 AZN |
Rabitəbank |
300-5.000 |
26-30% |
Fərdi baxılır |
Turanbank |
5.000 |
29% |
Fərdi baxılır |
Unibank |
300-15.000 |
23-33% |
100 AZN |
Yapı Kredi Bank Azərbaycan |
300-10.000 |
26% |
465 AZN |
- Beynəlxalq Bank - dan əmək haqqı və ya pensiya kartı olmalıdır.
- Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir.
Ümumilikdə kredit üçün bütün banklar tərəfindən iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Bəzi hallarda isə zamin tələbi ola bilər. Kredit üçün faiz dərəcələri sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.
banco.az