İpoteka və Kredit Zəmanət Fondu "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə açıq tenderin müddətini uzadıb. Bu barədə FED.az-a fonddan bildirilib.
Tender üzrə ilkin sənədlər 20 aprel 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 03 may 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Tender üzrə zərflər 04 may 2018-ci il saat 15.00–da Fondun inzibati binasında açılacaq. Təklifin qüvvədə olma müddəti 27 iyun 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 10 avqust 2018-ci il tarixinədək olması müəyyən edilib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditlərinin alınması ilə yanaşı, sahibkarlara verilən kreditlərə zəmanət də təqdim edəcək. "Kredit reytinqi modeli" fondun müştəriləinin kredit reytinqini müəyyənləşdirməyə imkan verəcək. Yaradılması nəzərdə tutulan "Erkən xəbərdarlıq sistemi" isə fondun risklərinin tənzimlənməsində istifadə ediləcək.
Kredit alanlara reytinq veriləcək – YENİ SİSTEM
08:48
17 Aprel 2018