Aktivlər artır
Bankın cəmi aktivləri artaraq 945 milyon 189 min manata yüksəlib, 2016-cı ilin eyni dövründə isə bu rəqəm 787 milyon manat idi. Bankın öhdəliklərində də artım müşahidə edilir. 2016-cı ildə bankın cəmi öhdəlikləri 703 milyon manat olubsa, bu il yanvarın 1-nə olan göstərici 855 milyon manata yüksəlib.
Bankın nizamnamə kapitalı 60 milyon, cəmi kapitalı isə 90 milyon 358 min manatdır.
İli mənfəətlə yekunlaşdırdı
Bank 2017-ci ili mənfəətlə yekunlaşdırıb. ASB Bankın illik xalis mənfəəti 4 milyon 357 min manat olub, 2016-cı ildə isə 3 milyon 833 min manat idi.
Bankın faiz gəlirləri 24 milyon 456 min manatdır. Burada xarici valyuta ticarəti üzrə gəlirlər 3 milyon 282 min manat təşkil edir.
Faizlər və onlarla bağlı xərclər isə 14 milyon 58 min manat olub. Bank depozitlər üzrə faizlərin ödənilməsinə 8 milyon 917 min manat xərcləyib. Fiziki şəxslərin müddətli depozitləri üzrə faizlərin verilməsi üçün 6 milyon 806 min manat ödənilib. Ümumilikdə bankın xalis faiz gəliri 10 milyon 398 min manat, əməliyyat mənfəəti isə 6 milyon 693 min manat təşkil edib.
Ehtiyata ayırmalar 3 dəfə azalıb
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün bank xüsusi ehtiyatın yaradılmasına cəmi 1 milyon 354 min manat ayırıb. Ehtiyatların strukturuna nəzər salsaq, burada kredit və depozit itkiləri üzrə ehtiyat ayırmalar nəzərdə tutulub. Bu isə bankın toksik aktivlərinin minimum səviyyədə olduğunu göstərir. Halbuki 2016-cı ildə ehtiyata ayırmalar 3 milyon 589 min manat təşkil edib. Bank mənfəətdən 981 min manat vergi ödəyib. Bankın kredit portfeli 298 milyon 857 min manat olub.
Hüquqi şəxslərin portfeli artıb
Depozit portfeli 606 milyon 107 min manatdan 799 milyon 681 min manata yüksəlib.
Bankda fiziki şəxslərin tələbli depozitləri 2016-cı illə müqayisədə təxminən 11 milyon manat artaraq 74 milyon 866 min manata çatıb.
Depozitlərdə Fiziki və hüquqi şəxslərin müddətli depozitləri 465 milyon 348 min manatdır.
fiziki şəxslərin müddətli depozitləri təxminən 700 min manata yaxın azalaraq, 253 milyon manata düşüb.
Hüquqi şəxslərin müddətli depozitləri isə 2016-cı ildə cəmi 33 milyon manat olduğu halda 2017-ci ilin sonunda 211 milyon manata yüksəlib.