Azərbaycanda (COVID-19) koronavirusun yayılması və bir qədər əvvəl neftin qiymətinin aşağı düşməsi və bununla bağlı risklərin artması bank sektorunda əməliyyat mühitini pisləşirir və bankların kredit portfellərinə mənfi təsir göstərir.
Eləcə də bax: “Moody’s” ucuz neftin - AZƏRBAYCANA TƏSİRİNDƏN YAZDI
FED.az xəbər verir ki, bu barədə Moody’s reytinq agentliyinin ölkə banklarının reytinqi ilə bağlı açıqlamasında bildirililir.
Agentlik bildirir ki, koronavirusun yayılması və bunun qarşısının alınması üçün Azərbaycan hökumətinin indiyədək görünməmiş sərt tədbirləri iqtisadi aktivlik üçün dağıdığı təsir göstərəcək. Neftin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə aldıqda isə, neftin ucuzlaşması ilə bu şoklar daha da dərinləşəcək.
Moody's hesab edir ki, koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər kiçik və orta biznesə, eləcə də, virusun daha çox təsir göstərdiyi sahələrdə çalışan şəxslərə də təsirini göstərəcək. Bura qeyri-ərzaq pərakəndə ticarəti, ictimai ioşə, nəqliyyat, turizm və sair sahələr aiddir.