Azərbaycanda ən çox qeyri-faiz gəlirləri olan banklar məlum olub.
Eləcə də bax: Azərbaycanda qeyri-faiz gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
FED.az bankların 2019-cu ilin sonuna olan maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ən çox qeyri-faiz gəlirləri “Kapital Bank”(170 mln 345 min manat), Beynəlxalq Bank(143 mln 411 min manat), “Paşa Bank”(76 mln 585 min amant), “Bank Respublika”(51 mln 264 min amant) və “AGBank”(31 mln 064 min manat)dır.
Ən az qeyri-faizi olan banklar isə “Bank Avrasiya” (1 mln 809 min manat), “Bank Melli İran”nın Bakı filialı (178 min manat), “Pakistan Milli Bank”ının Bakı filialı (20 min manat) təşkil edib.