Bankın Səhmdarlarının Ümumi Yığıncağının iclasında qəbul edilmiş qərara əsasən Kərimov Famil Qalib oğlu 18.05.2021 tarixindən “AFB Bank”ın Müşahidə Şurasının yeni üzvü təyin edilmişdir.
Bankdan FED.az-a verilən məlumata görə, Kərimov Famil Qalib oğlu — 1984-cü ildə anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Azərbaycan Xəzər Universitetində “Maliyyə” ixtisası üzrə təhsil alıb.
O, 2005-2013-cü illər ərzində KPMG Azərbaycan Limited şirkətinin nümayəndəliyində, Deloitte&Touche MMC-də, “Baker Tilly Azərbaycan” MMC-də audit ixtisası üzrə müxtəlif vəzifələr tutmuşdur. 2013-cü ildə “GRC Assurance and Advisory Services” MMC şirkətində Daxili audit və Nəzarət Praktikasının rəhbəri, 2015-ci ildən isə “Cənub Qaz Dəhlizi” QSC Cəmiyyətin Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən “Gilan İndustrial Group” MMC-də Baş direktorun müavini işləmişdir. Famil Kərimov” United Enterprises Azərbaycan” MMC və “AFB Bank” ASC-də tutduğu rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirir.