Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 277 min ədəd artaraq 14 milyon 741 min ədəd təşkil etmişdir.
Azərbaycanın bank sektorunun xalis mənfəəti - 32% ARTIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.6% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 17.3%, kredit kartları üzrə 27.3% təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 424 min, digər kartlar isə 1.7 mln. ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artmışdır.
2023-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 mlrd. 930 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 3 mlrd. 97 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 826 mln. manatı POS-terminallar, 6 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilmişdir.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52%-ni təşkil etmişdir. Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 2.6 %, POS-terminalların sayı 16.1 % artmışdır.