«Unibank» kommersiya bankı Yeni il münasibətilə yeni kampaniyaya başlayıb. FED.az xəbər verir ki, «Hamının bəyənəcəyi Yeni il hədiyyəsi» adlı kampaniyaya əsasən şirkətlər 50, 100 və 150 AZN nominallı Albalı Gift kartını alaraq öz əməkdaşlarına və ticarət tərəfdaşlarına hədiyyə edə bilərlər.
Kartı əldə etmək üçün nominalı qədər, yəni 50, 100, 150 manat arası ödəniş edilməlidir.
Bununla yanaşı, hədiyyə kartı ilə bağlı mühüm məlumat müştərilərə açıqlanmır. Belə ki, bankın yaydığı məlumatda bildirilmir ki, kart itərsə və ya zədələnərsə buradakı məbləğ bərpa olunmayacaq. Yəni istənilən fiziki zədə və ya kartın itməsi müştərini 50-150 mana ziyana sala bilər.
Unibankın bu kartlarını Bakıxanov və Əcəmi filialından əldə etmək olar.
Kartı itirsən pulun batacaq – BANKDAN KAMPANİYA
14:22
27 Dek 2017