Bank "VTB-Azərbaycan"ın nizamnamə kapitalı 265 milyon manat artdı. FED.az xəbər verir ki, Bank VTB (Rusiya) tərəfindən hər birinin nominal dəyəri 0,2 milyon manat olan 1 325 000 000 ədəd səhm alınıb. Beləliklə də Bank VTB (Azərbaycan)-ın nizamnamə kapitalı kapitalı təxminən 316 milyon manata yüksəlib.
Əqdin bağlanmasından sonra Bank VTB (Rusiya)-nın Bank VTB (Azərbaycan)-da payı 99,999995%-ə çatıb.
Xəbər verdiyimiz kimi, 23 yanvar 2018-ci il tarixində Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində prezidenti İlham Əliyev ilə görüşündə bank VTB-nin idarə heyətinin sədri Andrey Kostin bu ilin birinci rübündə VTB (Azərbaycan)-ın kapitalının 265 milyon manat artırılacağını bildirmişdi.