“Kapital Bank”ın marketinq əlaqələri üzrə şöbə müdiri Aygün İslamzadə işindən ayrılıb. Məsələ ilə bağlı FED.az saytına açıqlama verən A.İslamzadə işindən öz istəyi ilə ayrıldığını bildirib. Keçmiş bank əməkdaşının sözlərinə görə, o bundan sonra ABŞ-da biznes analitikası üzrə təhsil alacaq.
Xatırladaq ki, Aygün İslamzadə 2018-ci ilin ilin fevral ayından Kapital Bankda Marketinq Komunikasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda A.İslamzadənin çalışdığı vəzifəyə heç kim təyin edilməyib.
Qeyd edək ki, A.İslamzadə “Kapital Bank”dakı işindən əvvəl “Genna Baku” reklam agentliyinin Azərbaycan üzrə direktoru, Azərbaycan Marketinq Cəmiyyətində və Azərbaycan Turizm İnstitutunda müəllim kimi işləyib.
“Kapitalbank”ın şöbə müdri vəzifəsindən uzaqlaşdı - SƏBƏB
11:04
19 Avq 2019