Azərbaycanın aparıcı banklarından olan «Kapital Bank» 2022-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə baneın faiz gəlirləri 291,3 milyon manat (28,4% artım), faiz xərcləri 40,2 milyon manat (26,6% artım) təşkil edib.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
2022-ci ilin ilk yarısında «Kapital Bank» verdiyi kreditlərdən 234 milyon manat gəlir əldə edib. Bu ötən illə müqayisədə təqribən 28% artıqdır.
Hesabat dövründə bankın xalis faiz gəliri 251 milyon manata yüksəlib.
Bankın qeyri faiz gəlirləri isə 189 milyon maat olub. Bunun 162,5 milyon manatı bankın xidmətlərdən tutduğu komissiya haqlarıdır.
2022-ci ildə bankın qeyri-faiz xərcləri 64 milyon manat artaraq 216 milyon manata yaxınlaşıb.
Artımın 20 milyon manatı əmək haqlarının payına düşüb – 30% artım. Bankın digər xərcləri isə 37 milyon manat və ya 63% artaraq 96 milyon manatı keçib.
Nəticədə bankın əməliyyat mənfəəti 103 milyon manat olub – böyük məbləğ olsa da, ötənilki göstərici ilə müqayisədə 77 milyon manat və ya 43% azalıb.
Bu dəfə «Kapitalbank»ın mənfəətini məcburi ehtiyatlardan ayırmalar «şişirdib». Bank əvvəlki illərdə ehtiyat kimi ayırdığı 60 milyon manatv geri qaytarıb. Nəticədə vergidən əvvəlki mənfəət 163,5 milyon manata yüksəlib.
Bank vergi ödənişini sonraya saxlamayıb – 36,1 milyon manat, nəticədə dövr üzrə xalis mənfəət 127 milyon manat olub. Bu ötən illə müqayisədə 27 milyon manat və ya 28% artıqdır. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 99,8 milyon manat olmuşdu.