Azərbaycanı bank sektorunun liderlərindən olan «Kapitalbank» 2023-cü ildə də sürətlə böyüyüb.
"Kapital Bank" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
FED.az bankın 2023-cü il üzrə hesabatına istinadən xəbər verir ki, il ərzində «Kapital Bank»ın 16 şöbəsi və 3 filialı açılıb.
Belə ki, ötən il «Kapital Bank» Xaçmazda «Foodcity», Bakıda isə «28 Mall» və «Ağ Şəhər KOB Mərkəzi» filiallarını işə salıb.
Bundan başqa, bankın Bakıda müxtəlif bölgələrdə şöbələri işə düşüb.
2023-cü ilin mart-aprel aylarında «Kapitalbank» Naxçıvanda 5 ofisdən ibarət şəbəkəsini yaradıb – bura Culfa, Naxçıvan, Kəngərli, Orbubad və «Naxçıvan gömrük» şöbələri aiiddir.
Daha bir şöbə Bakı KOB evində fəaliyyətə başlayıb.
İlin sonunda isə «Kapital Bank»ın notariat sektorunda ekspansiyası başlayıb. 2023-cü ilin noyabr-dekabr aylarında bankın 10 notariat kontorunda şöbəsi işə düşüb, bura 1, 4, 9, 16, 18, 21, 35, 38, 53, 54 saylı notariuslar aiddir.