«Kapitalbank»ın səhmdarlarının növbəti ümumi yığıncağı aprelin 1-də keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə bankın məlumatında deyilir. İclasın gündəliyinə bankın 2020-ci il üçün maliyyə hesabatlarının, 2021-2023-cü illər üçün strateji plan layihəsinin təsdiqlənməsi ilə bağlı məsələlər daxildir.
Səhmdarlar 2020-ci il üçün dividend ödənişini də müzakirə edəcək. İclasda Müşahidə Şurasının üzvü Fərid Məmmədovun yenidən seçilməsi məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, «Kapitalbank»ın nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 99,9%-i "PAŞA Holdinq" və ona daxil olan qurumlara, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.