6 oktyabr 2026-cı il tarixində «Kapitalbank»ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağında müzakirə ediləcək məsələ - “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsidir.
Xatırladaq ki, «Kapital Bank» 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub.
2024-cü ildə isə Bankın xalis mənfəəti 239 milyon 182 min manat olmuşdu.
«Kapital Bank»ın səhmlərinin 99,89%-i «Paşa Holdinq»ə, 0,11% isə ayrı-ayrı fiziki şəxslərə məxsusdur.
Səhmdarların toplantısı 6 oktyabr, saat 11.00-da, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) keçiriləcək.













