«Kapitalbank» bir neçə vəzifə üzrə vakansiyalar elan edib. FED.az həmin vakansiyaları təqdim edir.
1. Müştəri məlumatlarının təhlili şöbəsinin baş mütəxəssisi
Tələblər
- Ali təhsil
- Yüksək analitik düşünmə qabiliyyəti
- SQL və analitik proqramlar
- SAS, R, Python üzrə biliklər
- MS Offisce proqramları, xüsusilə Excel üzrə yüksək biliklər
- Qərarvermə və problem həlletmə qabiliyyəti
- Bank qanunvericiliyi ilə bağlı biliklərə malik olmaq
- Sahə üzrə minimum 2 illik iş təcrübəsi
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi
Öhdəliklər
- Müştəri Bazasının idarə edilməsi
- Müştərilərin seqmentləşdirilməsi
- Prediktiv təhlillərin aparılması
- Kampaniyalar üzrə təkliflərin hazırlanması
Əmək haqqı 1200 - 1500 AZN
Əlaqə (tel) (012) 598-12-95
E-Poçt: [email protected]
2. Pos terminal şəbəkəsinin inkişafı şöbəsinin mütəxəssisi
Tələblər
- Ali təhsil
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Vaxtdan səmərəli istifadə bacarığı
- Təzyiqə davamlılıq, məsuliyyətlilik
- Əla səviyyədə Rus dili biliyi
- MS Office proqramları üzrə biliklər
- Sahə üzrə 1-2 illik iş təcrübəsi
Öhdəliklər
- Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması
- Mövcud partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi
- Mütəmadi təlim və praktik nümunələrlə satış komandasının bilik və bacarıqlarının artırılması
- Hədəf müştəri kütlələrinə xitab etmək üçün spesifik bank məhsullarının yaradılmasında iştirak etmək
- Müxtəlif hesabatların hazırlanması
- Layihələr çərçivəsində aparılan əməliyyatlara aid müvafiq prosedurların hazırlanması
Əmək haqqı 400 - 600 AZN
Əlaqə (tel) (012) 598-12-95
E-Poçt: [email protected]
3. Problemli kreditlərin hüquqi təqibi üzrə hüquqşünas
Tələblər
- Ali hüquqi təhsil
- Sahə üzrə 2 illik iş təcrübəsi
- Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti
- Vaxtın düzgün idarəedilməsi qabiliyyəti
- Komanda tərkibində işləmək bacarığı
Öhdəliklər
- Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək
- İcra orqanlarında və şöbənin icraatında olan işlərin xüsusiyyətindən asılı olaraq digər idarə və təşkilatlarla münasibətlərdə bankı təmsil etmək
- İcra orqanları ilə əlaqəli olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək
- İcra təqibi qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin etmək
- İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil etmək
- Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərir
Əmək haqqı 800 - 1100 AZN
Əlaqə (tel) (012) 598-12-95
E-Poçt: [email protected]
4. Kos satışlar şöbəsinin mütəxəssisi
Tələblər
- Ali iqtisadi təhsil
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Qərarvermə və problem həlletmə qabiliyyəti
- Bank qanunvericiliyi ilə bağlı biliklərin olması
- Sahə üzrə 3 ilə qədər iş təcrübəsinə malik olmaq
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır
Öhdəliklər
- Kiçik və orta sahibkarlıq kateqoriyasına aid müştərilərin müraciətlərinin qəbul edilməsi
- Eyni kateqoriyaya aid yeni müştərilərin cəlb edilməsi
- Müştərilərin biznesləri ilə tanışlıq məqsədi ilə biznes ünvanlarına səfər etmək
- Kredit sifarişlərinin təhlilində iştirak etmək
- Kredit sifarişlərini Bankın Kredit Komitəsinə təqdim etmək
Əmək haqqı 600 - 900 AZN
Əlaqə (tel) (012) 598-12-95
E-Poçt: [email protected]
5. Təcili pul köçürmələri bölməsinin aparıcı mütəxəssisi
Tələblər
- Ali iqtisadi, riyazi təhsil
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Qərarvermə və problem həlletmə qabiliyyəti
- Bank qanunvericiliyi ilə bağlı biliklərə malik olmaq
- Sahə üzrə minimum 2 illik iş təcrübəsi
- Əla səviyyədə Azərbaycan və Rus dili bilikləri (İngilis dili biliyinin olması arzuolunandır)
- MS Office proqramları
- xüsusilə Excel üzrə biliklər
Öhdəliklər
- Bankın əməkdaşlıq etdiyi pul köçürmə sistemləri ilə qarşılıqlı əməkdaşlığın təşkili
- Təcili pul köçürmələri üzrə bankın daxili tarif şərtlərinə ümumi olaraq nəzarət edilməsi
- Xarici və yerli ödəniş sistemləri ilə müştərək layihə və kampaniyalarla bağlı əməkdaşlığın qurulması
- Bankdaxili pul köçürmələri proseslərinin və qaydalarının hazırlanmasında iştirak etmək
Əmək haqqı 600 - 900 AZN
Əlaqə (tel) (012) 598-12-95
E-Poçt: [email protected]
"Kapitalbank" işçilər axtarır - 400-1500 MANAT MAAŞ
01:32
21 Okt 2017