Ümumi məlumat
Kapital Bank namizədləri Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin Hüquqşünası vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
• Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir;
• Kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artlıq gecikməsi olan problemli kreditlər üzrə borcalanlarla danışıqlar apararaq kreditlərin ödənilməsini təmin edir;
• Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyanın edilməsinə dair təkliflər verir.
• İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində bankı nümayəndə qismində təmsil edir;
• Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərir.
Tələblər:
• Dəqiqlik
• Ünsiyyətçil
• Müsbət davranış
• Təmkinlilik
• Ali təhsil
• İxtisas - hüquqşünas
• İş təcrübəsi- 2 (iki) il
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.