Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi halı ilə bağlı araşdırma başlanılıb.
Hökümə Əliyevanın vəfatına görə verilmiş pul oğurlandı - 80 MİNLİK CİNAYƏT
FED.az xəbər verir ki, bu barədə «Kapital bank» məlumat yayıb.
Xatırladaq ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinə qarşı oğurluq faktı qeydə alınıb. Özünü «Kapitalbank» əməkdaşı kimi təqdim edən şəxs onun ailəsinə ödənilən kompensasiya məbləğini kartdan oğurlayıb. «Kapitalbank»dan bildirilib ki, bununla bağlı araşdırma başlanılıb. «Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək».