Azərbaycanın ən böyük 3 bankından biri olan «Kapitalbank» 2020-ci ildə nəhəng qazanc əldə edəcək.
Eləcə də bax: «Kapitalbank» 20 milyon manatlıq – SƏHMİ SATILACAQ - QİYMƏT
FED.az xəbər verir ki, banrk bu il 217,6 milyon manat xalis mənfəətlə baş vurmağı hədəfləyir.
Eləcə də bax: "Kapital Bank" 2020-ci ilin ikinci rübünün nəticələrini - ELAN EDİB
Bankın proqnozlarına görə, bu il faiz gəlirləri 470,8 milyon manat, faiz xərcləri 71,4 milyon manat gözlənilir. Qeyri faiz gəlir xərcləri isə müvafiq olaraq 157 milyon və 246 milyon manat nəzərdə tutulur.
Nəticədə bank bu ili 310 milyon manat əməliyyat mənfəəti ilə bitirmək, 54 milyon manat vergi ödəmək və 38 milyon manat ehtiyatlardan ayırmalar etmək proqnozlaşdırır.
Qeyd edək ki, «Kapitalbank»ın bu ilə planlaşdırdığı mənfəət 2019-cu ildəki ilə müqayisədə 62% artıqdır.
Bank artıq bu il öz yarım illik qazanc rekordunu təzələyərək ilk yarım ildə 170 milyoğn m anat xalis mənfəət əldə edib. Proqnozlardan görünür ki, ilin ikinci yarısında mənfəətin təqribən 4 dəfə azalması gözlənilir. Bura baxmayaraq qazancın ümumi məbləği rekord olacaq.