Ölkənin aparıcı banklarından olan «Kapital Bank» indiyədək müştərilərinə təqdim etdiyi 2 qat ƏDV-i bonus xidmətini dayandırığb.
FED.az xəbər verir ki, bu barədə bank açıqlama yayıb.
Açıqlamada bildirilir ki, fevralın 1-dən etibarən «Birbank Cashback» debet kartlarında 2 qat ƏDV bonusları dayandırılacaq. Həmin kartın sahibləri bu kartla 1 qat ƏDV və 30%-dək keşbek qazanacaqlar.
Eyni zamanda bank bildirib ki, 1 fevraladək edilmiş ödənişlər üzrə 2 qat ƏDV-lər qaytarılacaq, bu bonuslar ödəniş tarixindən etibarən 30 gün ərzində qaytarılacaq. Bunun üçün çekləri bankın tətbiqində oxutmaq kifayətdir.
Bankın açııqlamasında deyilir:
«Dəyərli Birbanklı
Birbank Cashback debet kartından istifadə etdiyiniz üçün sizə təşəkkür edirik! 1 fevral 2024-cü ildən etibarən Birbank Cashback debet kartlarında 2 qat ƏDV bonusları dayandırılacaq. Buna baxmayaraq siz bu kartla 1 qat ƏDV və 30%-dək keşbek qazanmağa davam edəcəksiniz.
1 fevraladək etdiyiniz ödənişlər üzrə 2 qat ƏDV-lər ödəniş tarixindən etibarən 30 gün ərzində qaytarılacaq. Bunun üçün çekləri tətbiqimizdə oxutmağınız kifayətdir».