Ölkənin bank sektorunun liderlərindən olan «»Kapital Bank» nəhəng gəlirləri ilə yanaşı, müştərilərə bonus ödənişləri lə də seçilir.
2023-cü il və 2024-cü ilin ilk yarısında bankın əldə etdiyi gəlirlərin böyük hissəsi bonus olaraq müştərilərə ödənilib.
FED.az xəbər verir ki, bu barədə Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov bankın 150 illiyi münasibətilə verdiyi müsahibədə bildirib.
Bank sədri xatırladıb ki, «Kapital Bank» 2024-cü ilin birinci yarısını 123.9 milyon manat xalis mənfəətlə başa vurub və aktivlər artıq 10 milyard manatı keçib. Gəlirlərin bir hissəsi müxtəlif bonus alətləri ilə bankın müştərilərinə ödənilib.
«Xüsusilə vurğulamaq istəyirəm ki, gəlirimizin böyük bir hissəsini loyallıq proqramı çərçivəsində müştərilərilərimizə bonus olaraq geri qaytarmışıq. Ötən ildən indiyədək bu bonusların (keşbek, mil, 2 qat ƏDV) ümumi məbləği 141 milyon manat təşkil edib.
Bu investisiyalar strateji yanaşmamıza uyğun olaraq daha dayanıqlı gələcəyi təmin etmək üçün nəzərdə tutulub. Bu gün əminliklə deyə bilərəm ki, Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq»-deyə bank sədri bildirib.