“Kapital Bank” ASC səhmdarlarının 12 aprel 2019-cu il saat 11.00-da ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq “Kapital Bank” ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı)  keçiriləcəkdir.
 
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
• “Kapital Bank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması  haqqında.
• “Kapital Bank” ASC tərəfindən 2018-ci ilin maliyyə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend  ödənilməsi  haqqında.
• Digər məsələlər.
 
 
                                                    
                                                    
                    “Kapital Bank”ın sahibləri qazanclarını böləcəklər
                            
                            
                        
                            09:14
                            22 Fev 2019
                        
                        




                
                
                
                
                
                
                
                
                
                
                
                







