Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti yığıncağı keçirilib. Bankdan verilən məlumata görə, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:
- Bankın Nizamnaməsi yeni redaksiyada təsdiq edilib;
- "Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları"ı təsdiq edilib;
- "Hesablama Komissiyası haqqında Əsasnamə" təsdiq edilib;
- Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklər edilib;
- 2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilib;
- 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib.
- PAŞA Holdinqin Biznes qrupu üzrə direktoru və holdinqin icraçı direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib.