Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. “Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir.



