Kapital Bankın “Gənclik Moll”dakı filialı fəaliyyətini dayandırıb. FED.az xəbər verir ki, filial bankın Gənclikdəki binasına köçürülüb.
Bununla bağlı bankın mətbuat rəhbəri Pərviz Sədrəddinovdan aldığımız məlumata görə, “Gənclik Moll”dakı filial təmirlə bağlı müvəqqəti olaraq köçürülüb. Bank iyun ayının 1-dək yenidən daha geniş şəkildə Mall-da fəaliyyət göstərəcək.
Qeyd edək ki, Kapital Bank-ın ümumi 95 filial və 7 şöbəsi var. Bunlardan 28 filial, 6 şöbə Bakıda, 59 filial, 1 şöbə regionda, 8 filial Naxçıvanda yerləşir.
Kapital Bankın “Gənclik Moll”dakı filialı niyə bağlanıb? - AÇIQLAMA
10:21
3 Aprel 2018