“Kapital Bank” ASC-nin "Binəqədi" filialının ünvanı dəyişib.
“Marja” Bankın yaydığı məlumata istinadən xəbər verir ki, indiyədək Binəqədi rayonu, F.Məlikov küçəsində yerləşən filial 8 avqustdan etibarən öz fəaliyyətini yeni konseptlə təmir edilmiş yeni ofisində davam etdirəcək. Filialın yeni ofisi Nəsimi r-nu, Asim Məhərrəmov 174 ünvanında yerləşir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








