Kapital Bank səhmdarlarına çatacaq dividentlərin ödənilməsinə başlayır. FED.az xəbər verir ki, bankın səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən 19 mart 2018-сi il tarixindən etibarən dividentlərin ödənilməsinə başlanacaq.
Dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Kapital Bank-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.
Xatırladaq ki, bir pay üzrə ödəniləcək dividendin məbləği 6 man 32 qəpikdir.
Kapital Bankdan "bazarertəsi sevinci" - DİVİDEND VERƏCƏKLƏR
14:54
16 Mart 2018