“Kapital Bank” ASC-da Təlim və inkişaf rəhbəri təyin edilib.
Eləcə də bax: «Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu İlham Yusifovdur. İ.Yusifov bu vəzifəyə 2020-ci ilin noyabrından başlayıb.
Buna qədər isə Böyük Britaniyanın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən “British Council” beynəlxalq təşkilatında çalışırdı.
O ilk olaraq Təhsil inzibatçsı kimi (2013-2016), Layihə meneceri (2016-2018) və son vəzifəsi isə Regional proqram koordinatoru idi (2018-2020).