«Kapital Bank» tərəfindən müştərilərə təqdim olunan “Kapital Depoziti” üzrə faiz dərəcələrində artımlar tətbiq edilib.
Manat və dollar əmanəti hansı bankda – DAHA SƏRFƏLİDİR? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə artımlar gözdən qaçmır.
Bankın əvvəlki ayda açıqladığı “kapital Depoziti” məhsulunda manatda faizlər (aylıq ödənildikdə) 12 aylıq əmanətlər üçün 6%, 18 aylıq əmanətlər üçün 6,5%, 24 aylıq əmanətlər üçün 7%, 36 aylıq əmanətlər üçün isə 7,5% təşkil edirdissə, dekabrda bu göstəricilər artaraq 12 aylıq əmanətlər üçün artaraq 8% müəyyən edilib, digər göstəricilər olduğu kimi saxlanılıb.
Manatda faizlərin müddətin sonunda ödənilməsi üzrədə artımlar var. Keçən ay sözügedən göstəricilər 12 aylıq əmanətlər üçün 6,5%, 18 aylıq əmanətlər üçün 7%, 24 aylıq əmanətlər üçün 7,5% və 36 aylıq əmanətlər üçün 8% müəyyən olunmuşdu , dekabr ayında isə 12 aylıq əmanətlər üçün olan göstərici 9%-ə qalxmışdır. Digər göstəricilərdə dəyiiklik olmamışdır.
Xarici valyutada depozitlərdə isə dəyişiklik nəzərə çarpmır.